“Beşiktaş”da itki – 2 həftə olmayacaq

Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “qara qartallar”ın futbolçusu Jorj-Kevin Nkudu sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Türkiyə kuboku çərçivəsində “Ərzincanspor”la keçirilən matçda zədələnən 24 yaşlı yarımmüdafiəçi ən azı 2 həftə olmayacaq.

“Beşiktaş” – “Ərzincanspor” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.