“Beşiktaş”da ciddi itki

Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “qara qartallar”ın futbolçusu Jorj-Kevin Nkudu zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Açıqlamada, məşqdə zədələnən Nkudunun müalicəsinə başlanıldığı bildirilib.

24 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı vaxt bəlli deyil.

Koronavirusa görə martdan dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.