Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

Türkiyənin “Başakşəhər” klubu futbolçuları Mərt Günok və Mahmut Təkdəmirlə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, qapıçı Günokla 4 illik, yarımmüdafiəçi Təkdəmirlə isə 5 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mərt 2017-ci ildən, Təkdəmir isə 2008-ci ildən “Başakşəhər” forması geyinir. Hər iki oyunçu Türkiyə milli komandasına da dəvət alır.