“Neftçi”nin ilk oyununun başlama saatı açıqlandı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlama saatı açıqlanıb.

Komanda.az xəbər verir ki, Macarıstanın “Kişvarda” klubu ilə yanvarın 14-də oynanılacaq sınaq matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Oyun “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

“Neftçi” Türkiyədə daha iki yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar”ın ikinci rəqibi yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu olacaq. Digər rəqib isə hələ məlum deyil.