“Sumqayıt” son sınağından məğlub ayrıldı

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Aleksey Baqanın çalışdırdığı kollektiv üçüncü sınaq matçında Şimali Makedoniyanın “Şkupi” komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç sumqayıtlıların məğlubiyyəti ilə başa çatıb.

“Sumqayıt” buna qədər Antalyada iki yoxlama oyunu keçirmişdi. Sözügedən komanda Almaniyanın “Berliner AK” klubuna 2:5 hesabı ilə uduzub, Polşa “Yagelloniya”sı ilə isə qolsuz heç-heçə etmişdi.

Yoxlama oyunu

22 yanvar

Sumqayıt – Şkupi 1:2