“Qarabağ”dan “Visla” ilə heç-heçə

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Çexiyanın “Bohemians” komandası ilə qarşılaşmalı idi. Lakin mat Antalyanın Belek bölgəsinə yağan qar səbəbindən ləğv edilib.

“Qarabağ” günün ikinci yarısınd Polşa “Visla”sı (Krakov) ilə üz-üzə gəlib. Görüş qolsuz bitib.

“Qarabağ” Antalyada bundan əvvəl üç yoxlama oyunu keçirib. “Köhlən atlar” Rumıniyanın “Qaz Metan” komandası ilə heç-heçə edib, Serbiya “Baçka Topola”sı (0:1) və Polşa “Şlyonsk”una (2:3) isə uduzub.

Yoxlama oyunu

25 yanvar

Qarabağ – Visla (Polşa, Krakov) 0:0