“Neftçi” “Visla” üzərində qələbəni əldən verdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama matçına çıxıb.

Komanda.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Polşanın “Visla” komandası ilə qarşılaşıb. Görüşdə hesabı “Neftçi” açıb. Amma 90-cı dəqiqədə Polşa təmsilçisi məğlubiyyətdən xilas olmağı bacarıb.

“Visla”da Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyuk da çıxış edir. Polşa klubuna məhz “Neftçi”dən gedən futbolçu, sabiq komandası ilə oyunda da meydanda olub.

“Neftçi” Türkiyədəki ilk matçında Macarıstanın “Kişvarda” komandası ilə heç-heçə edib – 2:2.

Yoxlama oyunu

19 yanvar

Neftçi – Visla (Plotsk, Polşa) 1:1