Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi bilinib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı Mustafa Kaplana tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kaplanla mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Ankaragücü” Super Liqada 9 xalla 17-ci sırada qərarlaşıb.