“Qarabağ” 32,2 milyon avroluq komandayla qarşılaşacaq

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən komandaların dəyəri açıqlanıb.

Komanda.az xəbər verir ki, ötən mövsümün çempionu “Başakşəhər” ilk sırada qərarlaşıb. İstanbul təmsilçisinin futbolçularının ümumi qiyməti 88,95 milyon avrodur.

“Trabzonspor” 81,95 milyon avro ilə 2-ci, “Fənərbaxça” isə 77,6 milyon avro ilə 3-cü sıradadır. İstanbulun digər nəhəng klublarından “Beşiktaş” (76,6 milyon avro) 4-cü, “Qalatasaray” (70,13 milyon avro) 5-ci, “Rizəspor” (32,70 milyon avro) 6-cı yerdə qərarlaşıb.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” isə siyahıda 7-cidir. Sivas təmsilçisinin qiyməti 32,2 milyon avrodur.