“Milli komanda ilə danışıqlar aparıram” – Yılmaz Vural Azərbaycana gəlir?

Türkiyəli mütəxəssis Yılmaz Vural açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Vural, ölkə xaricində bir milli komanda ilə danışıqlar apardığını deyib:

“Ölkə xaricində bir milli komanda ilə danışıqlar aparıram. Reallaşarsa, getməyi düşünürəm. Danışıqların nəticəsini gözləyirəm. Olmazsa, Türkiyədə hansı liqada çalışacağım önəmli deyil. 2-ci liqa, 3-cü liqadır deyə, fikir vermərəm”.

Yılmaz Vuralın Azərbaycan milli komandasında baş məşqçi postu üçün danışıqlar aparması da istisna edilmir. Bir neçə il əvvəl də adı Azərbaycanla hallanan Vural, son olaraq “Adana Dəmirspor”u çalışdırıb.