Avcı Azərbaycan yığmasını çalışdıra bilər? – “Milli komanda bunun üçün uyğundurmu?”

Türkiyəli idman şərhçisi Mehmet Demirkol adı Azərbaycan milli komandasıyla da hallanan Abdullah Avcı haqda danışıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Demirkol, Avcı ilə ötən il “Sevilya”nın da maraqlandığını deyib:

“Abdullah Avcı qurucu məşqçidir, komandanı özü yaradır. Milli komanda bunun üçün uyğundurmu? Bilmirəm, bundan əmin deyiləm. Ötən il “Sevilya” Avcı ilə ciddi mənada maraqlanırdı. Avcı maliyyə durumu yaxşı olan və özü istədiyi kimi qura biləcəyi bir Avropa klubunda uğurlu ola bilər”.

Avcının Azərbaycan milli komandasının baş məşqçi postuna gətiriləcəyi iddia olunur.