“Beşiktaş”ın baş məşqçisi Mahir Emrelini izləyir – açıqlama

Türkiyəli idman şərhçisi Haldun Domaç “Beşiktaş”ın transfer hədəfləri haqda danışıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Domaç, “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçının “Qarabağ”ın futbolçusu Mahir Emrelini də izlədiyini bildirib:

“Hücumçuya ehtiyac var. Cenk Tosun gəlməzsə, kim gələcək? Sərgən Yalçının izlədiyi perspektivli və gələcək vəd edən bir futbolçu var. Azərbaycanın “Qarabağ” klubunda çıxış edən 23 yaşlı hücumçu var. Mahir Emreli… Çox effektli bir futbolçudur. Həqiqətən, yaradıcılıq qabiliyyəti çox güclüdür. 16 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib. Müqaviləsi 2021-ci ilin yayına qədərdir, bir az da fantastikanı sevir. Sərgənin onu bəyənməsinin əsas səbəblərindən biri də budur”.