Türkiyəli futbolçu A Seriyası klubunda

Növbəti mövsümdən İtaliya A Seriyasında çıxış edəcək “Leççe” klubu türkiyəli futbolçunu transfer edir.

Komanda.az “beİN Sports”a istinadən xəbər verir ki, “Leççe” “Bursaspor”un 22 yaşlı müdafiəçisi Ertuğrul Ersoyu heyətinə qatır. Gənc futbolçunun İtaliya təmsilçisi ilə 4 illik razılığa gəldiyi bildirilir.

Türkiyəli futbolçunun yaxın günlərdə “Leççe” ilə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

2014-cü ildən “Bursaspor”un əsas komandasında çıxış edən futbolçu, son mövsümdə iştirak etdiyi 30 oyunda 1 qolla yadda qalıb.