Türkiyə millisində itki: Heyətdən çıxarıldı

AÇ-2020-nin seçmə mərhələsində sabah Albaniya ilə qarşılaşacaq Türkiyə millisinin heyətində ciddi itki baş verib.

Komanda.az xəbər verir ki, yığmanın və “Başakşəhər”in yarımmüdafiəçisi İrfan Can Kahveci zədələnib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda, zədələnən İrfanın millinin heyətindən çıxarıldığı bildirilib.

Türkiyə millisi martın 22-də Albaniya, 25-də isə Moldova ilə qarşılaşacaq.