Son çempion debütanta məğlub oldu

Bu gün Türkiyə Super Liqasında yeni – 2020/21 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, yeni mövsümdə çempionatda 21 komanda mübarizə aparır. Super Liqada mövsümə “Rizəspor” – “Fənərbaxça” matçıyla start verilib. Üç qolun qeydə alındığı matçda İstanbul təmsilçisi əzmkar qələbəyə sevinib.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” ilk tur çərçivəsində “Qaziantep”i qəbul edib və inamlı qələbəyə sevinib. Super Liqanın yeni iştirakçısı “Fatih Karagümrük” doğma meydanda “Yeni Malatyaspor”u darmadağın edib. “Göztəpə” də “Dənizlispor”a böyük hesabla qalib gəlib. “Sivasspor” isə evdə “Alanyaspor”a 2 cavabsız qolla uduzub.

İlk turun maraqla gözlənilən qarşılaşmasında “Beşiktaş” çətin “Trabzonspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. “Ankaragücü” də evdə “Ərzurumspor”a uduzub. “Kayserispor” “Kasımpaşa”nı, “Antalyaspor” “Gənclərbirliyi”ni məğlub yola salıb.

Son çempion “Başakşəhər” debütant “Hatayspor”un qonağı olub və gözlənilməz məğlubiyyətlə üzləşib.

Türkiyə Super Liqası, 1-ci tur

11 sentyabr

Rizəspor – Fənərbaxça 1:2
Qol
: Şkoda, 59 – G.Gönül, 76. Sosa, 86-pen.

12 sentyabr

Fatih Karagümrük – Yeni Malatyaspor 3:0
Qol
: Zukanoviç, 4. Sobiex, 56. Sabo, 74-pen.

Sivasspor – Alanyaspor 0:2
Qol
: Davidson, 22. Koker, 90.

Qalatasaray – Qaziantep 3:1
Qol
: Falkao, 8-pen; 40. E.Kılınc, 28 – Ribeyro, 53.

Göztəpə – Dənizlispor 5:1
Qol
: A.Öztürk, 10-pen. Nukan, 25. H.Akbunar, 43. Mossoro, 51. Tripiç, 71 – O.Yılmaz, 62.

13 sentyabr

Ankaragücü – Ərzurumspor 1:2
Qol
: Bolinqi, 61 – O.Karakullukçu, 75; 79.

Kayserispor – Kasımpaşa 1:0
Qol
: Kvrziç, 2.

Antalyaspor – Gənclərbirliyi 2:0
Qol
: B.Balçı, 41. H.Özmert, 77.

Trabzonspor – Beşiktaş 1:3
Qol
: A.Ömür, 86 – Boyd, 29. Mensah, 64-pen. Lens, 74.

14 sentyabr

Hatayspor – Başakşəhər 2:0
Qol
: S.İlgaz, 36. H.Barbosa, 90+1.