Türkiyə Super Liqasında yeni komanda

Futbol üzrə Türkiyə 1-ci liqasında mövsümün sonuna bir tur qalmış qalib müəyyənləşib.

Komanda.az xəbər verir ki, 33-cü turda “Hatayspor” çempionluğunu rəsmiləşdirib.

Sözügedən komanda səfərdə “Adanspor”u 2:1 məğlub etməklə buna nail olub. Xal ehtiyatını 63-ə çatdıran “Hatayspor”un ən yaxın izləyicisi “Ərzurum BB” 59 xalla ikincidi.

Qeyd edək ki, 1967-ci ildə yaranan “Hatayspor” ilk dəfə Super Liqaya vəsiqə qazanır. 62-ci mövsümünü yaşayan Türkiyə çempionatında indiyə qədər 72 fərqli komanda mübarizə aparıb. “Hatayspor” isə Super Liqa tarixinə 73-cü iştirakçı kimi düşəcək.