Türkiyə Super Liqasında ilk baş məşqçi istefası

Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub. Bu, Türkiyə Super Liqasının yeni mövsümündə ilk baş məşqçi istefasıdır.

“Kasımpaşa” 2-ci turda evdə “Fənərbaxça”ya 0:6 hesabı ilə uduzub.