Türkiyə nəhənglərinin borcu 13 milyardı keçdi

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən 4 böyük klubun borcları açıqlanıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fənərbaxça”nın 5,2 milyard, “Beşiktaş”ın 3,33 milyard TL, “Qalatasaray”ın 3,30 milyard TL, “Trabzonspor”un isə 1,25 milyard TL borcu var.

2012-ci ildə ümumi borc 2 milyard TL olub, 8 ildən sonra isə artaraq 13 milyard TL-ni keçib. 8 mövsümdə bu klubların borcları 534 faiz artıb.

Xatırladaq ki, 2012-ci ildə “Fənərbaxça”nın 568 milyon, “Beşiktaş”ın 585 milyon, “Qalatasaray”ın 731 milyon, “Trabzonspor”un isə 178 milyon TL borcu olub.