Türkiyə millisinin üzvü La Liqada klubunu dəyişdi

İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub La Liqanın digər təmsilçisi “Selta”dan Okay Yokuşlunu heyətinə qatıb.

Bu barədə “Xetafe”nin rəsmi saytı məlumat yayıb. “Selta” Türkiyə millisinin üzvünü bu kluba icarəyə verib. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək bu komandada forma geyinəcək. “Xetafe” türk futbolçunu satınalma şərti ilə icarəyə götürüb.

Okay Yokuşlu 2018-ci ildən “Selta”da çıxış edir. O, ötən mövsümün ikini yarısını da İngiltərənin “Vest Bromviç” komandasında icarədə keçirib.