Türkiyə millisində istefa

Futbol üzrə Türkiyə yığmasında gözlənilməz istefa qeydə alınıb.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ın yeni baş məşqçisi Şenol Günəşin əsas köməkçilərindən biri – Tayfur Havutçu vəzifəsindən ayrılıb.

O, bunu yerli mətbuata açıqlamasında bəyan edib. Havutçu istefasının ailə məsələləri ilə bağlı olduğunu bildirib.

Artıq onun əvəzinə yeni təyinat da gerçəkləşib. “NTV Spor”un yazdığına görə, Bayram Bektaş bundan sonra Türkiyə millisində çalışacaq. O, geridə qalan mövsümdə “Göztəpə” və “Ankaragücü” klublarında çalışıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası ilə 4 illik müqaviləyə imza atan Şenol Günəşin yığma komandadakı digər köməkçiləri onunla “Beşiktaş”da birgə çalışmış Eren Şafak, Şeref Çiçek və Mehmet Kulaksızoğludu.