Türkiyə millisində ciddi itki

Futbol üzrə Türkiyə milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Andorra və Moldovaya qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ın aparıcı futbolçusu Cengiz Ünder sıradan çıxıb. O, son məşqlərin birində zədələnib.

Bu barədə Türkiyə Futbol Federiyasının rəsmi saytı məlumat yayıb. Zədəsi ciddi olan İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi yığmanın heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Türkiyə yığması sentyabrın 7-də evdə Andorra, 3 gün sonra isə səfərdə Moldova ilə qarşılaşacaq.