Türkiyə futbolunun bombardiri koronavirusa yoluxdu

Türkiyə milli komandasının sabiq futbolçusu Tanju Çolak koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş hücumçu “instagram” hesabında məlumat yayıb. O, koronavirus testinin müsbət çıxdığını bildirib.

Klub karyerasında “Qalatasaray” və “Fənərbaxça” kimi klublarda çıxış edən Tanju, Türkiyə futbol tarixinin ən çox qol vuran futbolçusudur.

Tanju, Türkiyə millisində 31 oyuna 9 qol vurub.