Türkiyə kubokunun qalibi bəlli oldu

Futbol üzrə Türkiyə kubokunun final qarşılaşması keçirilib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Trabzonspor”la “Alanyaspor” klubları üz-üzə gəlib.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən final görüşündə qapılara iki qol vurulub. 25-ci dəqiqədə trabzonluların heyətində Abdülkadir Ömür hesabı açıb. Matça əlavə olunmuş dəqiqələrdə isə Aleksandr Sorlot matçda yekun nəticəni müəyyənləşdirib. Beləliklə, 2:0 hesablı qələbə “Trabzonspor”a ölkə kubokunu qazandırıb.

Trabzon təmsilçisi tarixində 9-cu dəfə Türkiyə kubokunu qazanıb. Sözügedən komanda bu göstəricidə “Beşiktaş”a çatıb. Rekord isə “Qalatasaray”a məxsusdu – 18 dəfə.