Türkiyə kubokunun püşkü atıldı

Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatma mərasimində 4-cü mərhələnin qalibi olan 27 klubla yanaşı, ötən mövsüm Super Liqada ilk 5 pilləni tutan kollektivlər (“Qalatasaray”, “Başakşəhər”, “Beşiktaş”, “Trabzonspor”, “Yeni Malatyaspor”) iştirak ediblər.

Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli olaraq, 5-ci turda qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək və ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar dekabrın 3, 4 və 5-də, cavab görüşləri isə ayın 17, 18 və 19-da baş tutacaq.

Türkiyə kuboku, 5-ci mərhələ

Qalatasaray – Tuzlaspor
Altay – Trabzonspor
Trabzon – Başakşəhər
Rizəspor – Samsunspor
Yeni Malatyaspor – Keçiörengücü
Kayserispor – Manisaspor
Erokspor – Sivasspor
Altınordu – Dənizlispor
Alanyaspor – Adanaspor
Karagümrük – Göztəpə
Eyüpspor – Antalyaspor
Kasımpaşa – Vanspor
Kırklarelispor – Qaziantep
Ərzurumspor – Bursaspor