Türkiyə kubokunun püşkü atıldı

Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşk nəticəsində növbəti mərhələdə üz-üzə gələcək komandalar müəyyənləşib.

Super Liqa nəhəngləri “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor”un da rəqibləri bəlli olub.

Bu mərhələnin qarşılaşmaları 15-17 dekabr aralığında keçiriləcək. Cütün qalibi bir oyunda müəyyənləşəcək.

Türkiyə kuboku
1/16 final

Beşiktaş – Tarsus İdman Yurdu
Qalatasaray – Darıca Gənclərbirliyi
Fənərbaxça – Karacabey Bələdiyəspor
Başakşəhər – Turqutluspor
Alanyaspor – Adanaspor
Göztəpə – Bursaspor
Gənclərbirliyi – Tuzlaspor
Qaziantep – Kocaelispor
Trabzonspor – Adana Dəmirspor
Sivasspor – Girəsunspor
Kasımpaşa – Muğlaspor
Yeni Malatyaspor – Hekimoğlu Trabzon
Ərzurumspor – Erokspor
Antalyaspor – Boluspor
Konyaspor – Altınordu
Rizəspor – Əskişəhərspor