Türkiyə kubokunda 1/32 finala yekun vuruldu

Futbol üzrə Türkiyə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha 11 qarşılaşma baş tutub.

“Altınordu” – “Çorum” matçı isə baş tutmayıb. Buna qonaq komandanın 17 futbolçusunda koronavirus aşkarlanması səbəb olub. Bu üzdən sözügedən kollektivə böyük ehtimmala texniki məğlubiyyət veriləcək.

Türkiyə kuboku, 1/32 final

24 noyabr

Fənərbaxça – Sivas Bələdiyəspor 4:0
Adanaspor – Sakaryaspor 2:2 (penaltilər 4:3)
Bursaspor – 1922 Konyaspor 1:0
Fatih Karagümrük – Erokspor 0:3
Dənizlispor – Turqutluspor 1:2
Ankaraspor – Muğlaspor 1:1 (penaltilər 0:3)
Boluspor – Kahramanmaraşspor 2:1
Girəsunspor – Nigde Anadolu 1:1 (penaltilər 8:7)
Gənclərbirliyi – Kırşehir Bələdiyəspor 1:0

25 noyabr

Bandırmaspor – Darica Gənclərbirliyi 0:1
Keçiörengücü – Kocaelispor 1:2
Tuzlaspor – Sultanbeyli 5:1
Yeni Malatyaspor – Etimesgut 2:0
Əskişəhərspor – Kastamonuspor 2:0
İstanbulspor – Tarsus 0:1
Hatayspor – Karacabey Belediyespor 2:2 (penaltilər 4:5)
Qaziantep – Serik Belediyespor 3:0
Adana Demirspor – Afyonspor 4:1
Antalyaspor – Pendikspor 2:0
Rizəspor – Utas Uşakspor 6:0
Altınordu – Çorum
matçı baş tutmayıb