Türkiyə klubunun daha iki futbolçusunda koroanvirus aşkarlandı

Türkiyənin “Ankaragücü” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, testlər nəticəsində daha iki futbolçuda və klub işçisində koronavirus aşkarlanıb.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmin şəxslərin adları açıqlanmayıb. Onlar dərhal karantinə alınıblar.

Xatırladaq ki, “Ankaragücü” ötən həftə də bir futbolçusunda və bir klub işçisində koronavirus aşkarlandığını açıqlamışdı.