Türkiyə klubunun 9 üzvündə koronavirus aşkarlandı

Türkiyənin “Sancaktepe” klubunun 9 üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klubdan edilən açıqlamada, virusa yoluxanlar arasında 4 futbolçunun da olduğu bildirilib.

Virusa yoluxanların heç biri xəstəxanaya aparılmayıb. Onlar ev şəraitində karantində qalacaqlar.