Türkiyə klubunda baş məşqçi istefası

Türkiyənin Super Liqa klublarından “Kasımpaşa” baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İstefaya məşqçi ilə klub rəhbərliyi arasındakı fikir ayrılığı səbəb olub. Buna görə də, tərəflər qarşılıqlı razılıq əsasında vidalaşıblar.
 
“Kasımpaşa” Özdeşin rəhbərliyi altında cari mövsümdə keçirdiyi 13 oyunda 3 qələbə, 3 heç-heçəyə imza atıb. Ötən gün lider “Sivasspor”a 0:2 hesabıyla uduzan komanda 12 xalla 15-ci pillədə qərarlaşıb.