Türkan Nəsirova da AÇ-də 5-ci oldu

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə start verib.

Mübarizəyə 1/4 finaldan başlayan Türkan Nəsirova Türkiyə təmsilçisinə qalib gələrək, adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında ötən il dünya ikincisi olmuş Rusiya nümayəndəsi ilə bacarmayıb. Türkan martın 7-də bürünc medal uğrunda mübarizə aparıb və 5-ci yerlə kifayətlənib.

Ceyla Nağızadə keçirdiyi hər iki görüşdə məğlub olub.

50 kq
Bürünc medal görüşü – Türkan Nəsirova – Miqlena Georgiyeva Selişka (BUL) 4:5
1/2 final – Türkan Nəsirova – Nadejda Sokolova (RUS) 0:4
1/4 final – Türkan Nəsirova – Aynur Erge (TUR) 5:1

68 kq
İkinci tur – Ceyla Nağızadə – Yevgeniya Andreyçikava (BLR) 1:4
Birinci tur – Ceyla Nağızadə – Xanım Vəliyeva (RUS) 0:10

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button