Türk futbolçu rəsmən İtaliya klubunda

Bir neçə gün öncə “Fənərbaxça” ilə yollarını ayıran Tolqay Arslanın yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra karyerasını İtaliyanın “Udineze” klubunda davam etdirəcək.

Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Tolqay Arslan 2019-cu ilin yanvarından “Fənərbaxça”da çıxış edirdi. İstanbul klubunda 33 rəsmi oyuna çıxan futbolçu 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Hamburq”, “Allemaniya” və “Beşiktaş”da da forma geyinib.