Turində 5 qol və əzmkar qələbə

Futbol üzrə İtaliya A Seriyasında 24-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Torino” doğma meydanda “Sassuolo” ilə qarşılaşıb.

Beş qolun qeydə alındığı matçda Turin təmsilçisi möhtəşəm əzmkarlıq nümayiş etdirib. 0:2 uduzduğu halda ardıcıl 3 qol vuran meydan sahibləri sonda meydanı qələbə ilə tərk ediblər.

Bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran “Torino” 17-ci pillədə qərarlaşıb. “Sassuolo” isə 39 xalla 8-cidir.

İtaliya A Seriyası, 24-cü turun oyunu

17 mart

Torino – Sassuolo 3:2
Qol: Zaza, 77; 90+2. Mandraqora, 87 – Berardi, 6; 38.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button