“Milan”dan darmadağın, “İnter” və “Latsio”dan heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Fiorentina” doğma meydanda “Sampdoriya”nı qəbul edib. Üç qolun qeydə alındığı matç Florensiya təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Şənbə günü daha iki görüş baş tutub. “Sassuolo” doğma meydanda “Krotone”ni böyük hesabla məğlub edib. Səfərdə “Udineze” ilə qarşılaşan “Roma” isə 3 xalı tək qolla qazanıb. Bu günə nəzərdə tutulan daha bir matç – “Cenoa” – “Torino” qarşılaşması isə meydan sahibi komandada koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.

“Milan” bu turda “Spetsiya”nı sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib. Turun maraqla gözlənilən qarşılaşmarından birində “İnter” paytaxt səfərində “Latsio”nun qonağı olub. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

“Benevento” “Bolonya”nı, “Parma” “Verona”nı minimal hesabla məğlub edib. 7 qolun qeydə alındığı “Atalanta” – “Kalyari” maçtında meydan sahibləri darmadağına seviniblər.

Turun mərkəzi görüşü Turində keçirilməli idi. “Yuventus” doğma meydanda “Napoli” ilə üz-üzə gəlməli olsa da, bu qarşılaşma qonaqların oyuna çıxmaması səbəbindən baş tutmayıb.

İtaliya A Seriyası, 3-cü tur

2 oktyabr

Fiorentina – Sampdoriya 1:2
Qol
: Vlahoviç, 72 – Kvalyarella, 42. Verre, 83.

3 oktyabr

Sassuolo – Krotone 4:1
Qol
: Berardi, 19. Kaputo, 58-pen; 85. Lokatelli, 90+3 – Simi, 49-pen.

Cenoa – Torino matçı təxirə salınıb

Udineze – Roma 0:1
Qol
: Pedro, 55.

4 oktyabr

Atalanta – Kalyari 5:2
Qol
: Muriel, 7. A.Qomes, 29. Paşaliç, 37. Sapata, 42. Lammers, 81 – Qodin, 24. J.Pedro, 52.

Benevento – Bolonya 1:0
Qol
: Lapadula, 66.

Latsio – İnter 1:1
Qol
: Milinkoviç-Saviç, 55 – L.Martines, 30.

Parma – Verona 1:0
Qol
: Kurtiç, 1.

Milan – Spetsiya 3:0
Qol
: Leao, 57; 78. T.Hernandes, 76.

Yuventus – Napoli matçı baş tutmayıb

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 3 qol.