“Turan Tovuz”da kamerunlu hücumçu

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisi kamerunlu hücumçu Runi Evanı transfer edib.

26 yaşlı forvardla 1 illik müqavilə bağlanıb.

Karyerasına vətənində “Apeje”də başlayan Eva Yunanıstanda “Veria”, “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) şərəfini qoruyub.