“Kəpəz” xal itirdi, “Zirə-2” səfərdə sevindi

Futbol üzrə 1-ci divizionda 19-cu turun oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, lider MOİK “Səbail-2″ni, “Sumqayıt-2” isə “Neftçi-2″ni 2 qolla məğlub edib. “Qarabağ-2” “Ağsu” ilə qolsuz bərabərə qalıb. “Turan Tovuz” isə səfər oyununda “Sabah-2″yə böyük hesabla məğlub olub.

19-cu tura bu gün baş tutan iki oyunla yekun vurulub. “Kəpəz” səfərdə “Keşlə-2” ilə qollu bərabərə qalıb. Autsayder “Zirə-2” isə “Qaradağ Lökbatan”ı məğlub edib.

Birinci divizion, 19-cu tur

13 mart

Sabah-2 – Turan Tovuz 3:0
Qol:
Mircəfər Əlizadə, 40. Emil Qasımov, 44-pen. Reza Bigdelo, 78.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Fritz Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov
Binə qəsəbə stadionu

Zaqatala – Şüvəlan 1:0
Qol:
Cavad Kazımov, 79.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala şəhər stadionu

Qarabağ-2 – Ağsu 0:0
Hakimlər:
Kamal Umudlu, Pərvin Talıbov, Taleh Məmmədov, Etibar Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Azersun Arena”

Neftçi-2 – Sumqayıt-2 1:2
Qol:
Vüsal Əsgərov, 16 – Elvin Nəsibov, 5. İbrahim Əliyev, 47.
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Cəmil Quliyev, Rövşən Rəcəbli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena”

MOİK – Səbail-2 2:0
Qol:
Əli Sadıxov, 12 . Raul Yaqubzadə, 44.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14 mart

Keşlə-2 – Kəpəz 1:1
Qol: Nurlan Quliyev, 79-pen – Sənan əsənov, 58.
Hakimlər: Nail Nağıyev, Elxan Əsgərzadə, Emin Süleymanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”

Qaradağ Lökbatan – Zirə-2 1:2
Qol:
Emin Mehtiyev, 45+3 – Pərdis Fərcad-Azad, 16; 82.
Qırmızı vərəqə: Aqşin Muxtaroğlu, 84 (“Qaradağ Lökbatan”).
Hakimlər: Ziya Nəsirov, Ruslan Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu