Turalla Vüqar oynadı, “Dauqavpils”…

Futbol üzrə Latviya çempionatında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Spartak” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Azərbaycanlı futbolçulardan ikisi – Turalla Vüqar da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar. Bayramlı 90-cı dəqiqədə sarı vərəqə də alıb. Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Dauqavpils” hazırda 19 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb. Vüqar isə cari mövsümdə vurduğu 7 qolla çempionatın ən yaxşı üç bombardirindən biridi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button