Tural oynadı, Elvin ehtiyatda qaldı, “Dauqavpils”…

Futbol üzrə Latviya çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Valmiera” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Azərbaycanlı futbolçulardan yalnız Tural bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Elvin sonadək ehtiyatda qalıb. Mövsümün açılış oyununda qırmızı vərəqə alan Vüqar isə bu görüşü cəza səbəbindən buraxıb.

İki turdan sonra “Dauqavpils” 3 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button