Turabovun komandasına 1 qol bəs etdi

Futbol üzrə Albaniya çempionatında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Laçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Eltun bu görüşün iştirakçısı olmayıb.

“Biliş” 16 turdan sonra 27 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu “Sabah”dan icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button