Turabovun komandası doğma meydanda xal itirdi

Futbol üzrə Albaniya çempionatında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vlajniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Xeyli müddətdi zədədən əziyyət çəkən Eltun bu görüşün iştirakçısı olmayıb.

“Biliş” 20 turdan sonra 31 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu “Sabah”dan icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button