450 min dollarlıq jest

Tunisin “Klub Afrika” klubu maliyyə problemləri yaşayır.

Komanda.az xəbər verir ki, ölkənin köklü komandasının bu vəziyyətinə azarkeşləri biganə qalmayıb. Belə ki, “Klub Afrika” tərəfdarları bir günə komandalarına 450 min dollar bağışlayıb. Ümumilikdə, azarkeşlər tərəfindən klubun bank hesabına 1 milyon dollara yaxın pul vəsaiti köçürülüb.

“Klub Afrika” Tunisin köklü klublarındandır və 13 dəfə ölkə çempionu, bir dəfə də Afrika Çempionlar Liqasının qalibi olub.

“Klub Afrika” keçmiş futbolçularına olan borclarını ödəyə bilməməsinə görə maliyyə sanksiyalarına məruz qalıb, çempionatda 6 xalı silinib. Klubun ümumi borcunun 6 milyon dollar olduğu bildirilir.