Yayda azad agent olacaq futbolçuların rəmzi komandası

“Transfermarkt” saytı bu yay azad agent olacaq futbolçuların rəmzi komandasını açıqlayıb.

Komanda.az xəbər verir ki, rəmzi heyətdə Fransanın PSJ klubundan üç futbolçu yer alıb:

Qapıçı: Valter Daniel Benites (“Nitsa”, 27 yaş – 8 milyon avro);

Müdafiəçilər: Tomas Munye (PSJ, 28 – 24), Layvin Kurzava (PSJ, 27 – 12), Yan Vertongen (“Tottenhem”, 33 – 14,5), Malanq Sarr (“Nitsa”, 21 – 16);

Yarımmüdafiəçilər: Cakomo Bonaventura (“Milan”, 30 – 9,5), Rayan Freyzer (“Bornmut”, 26 – 17,5), Villian (“Çelsi”, 31 – 22,5), David Silva (“Mançester Siti”, 34 – 12);

Hücumçular: Dris Mertens (“Napoli”, 33 – 20), Edinson Kavani (PSJ, 33 – 20).