Yaşı 22-dən çox olmayan ən bahalı 11 futbolçu FOTO

“Transfermarkt” portalı yaşı 22-dən çox olmayan ən bahalı futbolçuların rəmzi komandasını açıqlayıb.

Komanda.az xəbər verir ki, rəmzi komandanın ümumi dəyəri 800 milyon avrodur. Heyətdə Dortmund “Borussiya”sından iki futbolçu yer alıb:

Qapıçı: Canluici Donnarumma (“Milan” – 60 milyon avro);

Müdafiəçilər: Ris Ceyms (“Çelsi” – 35), Matteys de Liqt (“Yuventus” – 75), Alessandro Bastoni (“İnter” – 50), Alfonso Deyvis (“Bavariya” – 80);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Renn” – 60), Fil Foden (“Mançester Siti” – 60), Joao Feliks (“Atletiko” – 100), Ceydon Sanço (“Borussiya” Dortmund – 100);

Hücumçular: Erlinq Haland (“Borussiya” Dortmund – 100), Ansu Fati (“Barselona” – 80).