“Transfermarkt” portalı İspaniya La Liqasının ən dəyərli futbolçularının rəmzi heyətini açıqlayıb.
Komanda.az xəbər verir ki, La Liqanın ən bahalı futbolçusu “Atletiko”dan Joao Feliksidr. Portuqaliyalı hücumçunun qiyməti 100 milyon avrodur:
Qapıçı: Yan Oblak – 90 milyon avro (“Atletiko”);
Müdafiəçilər: Rafael Varan – 70 (“Real”), Ximenes – 65 (“Atletiko”), Pau Torres – 50 (“Vilyarreal”);
Yarımmüdafiəçilər: Federiko Valverde – 70, Kazemiro – 70 (hər ikisi “Real”), Saul Niqes – 60, Koke – 60 (hər ikisi “Atletiko”);
Hücumçular: Lionel Messi – 80, Ansu Fati – 80 (hər ikisi “Barselona”), Joao Feliks – 100 (“Atletiko”).
