“Keçən yay “Barselona” mənimlə bir neçə dəfə maraqlandı”

Fransanın “Monako” klubunun hücumçusu Vissam Ben Yedder açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qışda adı “Barselona” ilə yanaşı çəkilən 29 yaşlı futbolçu, məsələylə bağlı danışıb:

“Keçən yay “Barselona” mənimlə bir neçə dəfə maraqlandı. Transferim bu qış reallaşa bilərdi, amma danışıqlar uğursuz oldu.

“Barselona”nın mənə maraq göstərməsi yaxşı işlər gördüyümü göstərir. Peşəkar davrandım və “Monako”dakı oyunuma köklənməyə davam etdim. “Barselona”nın marağı mənim üçün sadəcə müsbət hal oldu”.

2019-cu ilin yayında “Monako”ya keçən futbolçunun “knyazlıq klubu” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.