“Transfer məsələlərində diqqətli və səbirli olmalıyıq, çünki…” – Emeri

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri transferlərlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, yeni transferlərin olacağını bildirib:

“Transfer məsələlərində diqqətli və səbirli olmalıyıq, çünki oyunu ilə komandamıza kömək edə biləcək futbolçularla anlaşmaq istəyirik. Bizim heyətimizdə yaxşı və gənc futbolçular var, amma möqveyində ən yaxşı olan futbolçulara da ehtiyacımız var. İndi heyətimizdə olan və yaxın bir neçə gündə bizə qoşulacaq futbolçularla çox yaxşı komanda olacağıq. Bizim əsas məqsədimiz komandamızı gücləndirən yeni üç və ya 4 futbolçuya sahib olmaqdır”.

İspan mütəxəssis, “Real”ın futbolçusu Dani Seballosu transfer etmək istədikləri ilə bağlı suala belə cavab verib:

“Hədəfimizdə olan futbolçularla bağlı konkret danışmaq istəmirəm, amma Seballos çox yaxşı futbolçudur”.