“Traktor”un oyunu təxirə salındı – Güclü qara görə

Futbol üzrə İran çempionatının 3-cü turu çərçivəsində bu gün keçirilməli olan “Traktor” – “Sepahan” oyunu baş tutmayıb.

Komanda.az xəbər verir ki, buna Təbrizə yağan güclü qar səbəb olub.

Klubun mətbuat xidməti matçın sabah keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” ilk iki turda heç-heçə edib və 2 xalla 13-cü pillədə qərarlaşıb.