“Traktor”dan növbəti qələbə

Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar – “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Maşinsazi” səfərdə “Nassaji Mazandaran”la qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb – 0:0.

Təbrizin daha məhşur “Traktor” klubu isə doğma meydanda “Pars Janubi Jam”la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdə minimal hesabla üstün olub – 1:0.

“Traktor” hazırda 14 xalla 16 kollektiv arasında 2-ci, “Maşinsazi” isə 7 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button