“Traktor” yeni mövsümə heç-heçə ilə başladı

Futbol üzrə İran çempionatında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanın ən məşhur klubu “Traktor” da ilk matçına çıxıb.

Türkiyəli mütəxəssis Mustafa Dənizlinin çalışdırdığı Təbriz təmsilçisi səfərdə “Naft Ahvaz”la qarşılaşıb. “Traktor” bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Cənubi Azərbaycanın elitadakı digər təmsilçisi – “Maşinsazi” isə sabah doğma meydanda “İstiqlal”la qarşılaşacaq.