“Traktor” yeni mövsümə ağır məğlubiyyətlə start verdi

Futbol üzrə İran çempionatında 2021/22 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da yeni mövsümdə ilk matçına çıxıb.

Təbriz klubu səfərdə “Gol Gohar” komandasının qonağı olub. Beş qolun qeydə alındığı oyun “traktorçular”ın ağır yenilgisi ilə başa çatıb – 1:4.