“Traktor” Super Liqa klubuna qalib gəldi

Cənubi Azərbaycanın “Traktor” klubu növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Təbriz təmsilçisi Ərzurumda Türkiyə Super Liqasının iştirakçısı “Rizəspor”la üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Türkiyəli mütəxəssis, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin çalışdırdığı “Traktor” 9-cu dəqiqədə vurduğu yeganə qolla meydanı qalib tərk edib.